📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ucuz qaz verib, əvəzində alçaqlıq alırıq” - Volodin Ermənistanı ittiham etdi

2026-05-22 17:11:15

“Ucuz qaz verib, əvəzində alçaqlıq alırıq” - Volodin Ermənistanı ittiham etdi

"Artıq Ermənistanda baş verən proseslərə səssiz qala bilmərik. Ermənistan parlamenti Avropa Birliyinə qoşulma prosesinə başlamaq üçün qanun qəbul edib. Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü olmaqla onun yurisdiksiyasını tanıyıblar". 

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz “Telegram” kanalında bəyan edib.

Volodin Rusiyanın Ermənistana ucuz qiymətə qaz verdiyini, əvəzində isə nankorluq və alçaqlıq aldığını qeyd edib: "Bu çətin dövrlərdə Rusiya Ermənistana təxminən dörd dəfə ucuz qiymətə, öz ziyanına qaz tədarük edir. Əvəzində nə alırıq? Paşinyanın alçaqlığını və vicdansızlığını”.