Ukrayna helikopteri qəzaya uğrayıb: Dörd hərbi qulluqçu həlak olub
2026-07-06 22:52:23
Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) qarşısının alınması üzrə tapşırıq yerinə yetirilərkən "Mi-8" helikopteri qəzaya uğrayıb.
Oxu.Az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, hadisə nəticəsində dörd hərbi qulluqçu həlak olub.
Həlak olanlar: heyət komandiri kapitan Yuri Voron, şturman-təyyarəçi mayor Valentin Mukşinov, göyərtə texniki baş leytenant Boqdan Xmel və hava atıcısı kiçik çavuş Mixail Deryaqadır. Onların hamısı ordu aviasiyasının 16-cı əlahiddə "Brodi" briqadasında xidmət edirdilər.