📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna neft zavodlarını və aerodromu vurdu

2026-07-08 11:11:34

Ukrayna neft zavodlarını və aerodromu vurdu

Rusiyanın öz kütləvi hava hücumları ilə Ukraynadakı mülki əhalini hədəf almasına baxmayaraq, Ukrayna cavabında əsasən enerji və hərbi infrastruktura zərbələrini davam etdirir.

Hurriyyet.info  xəbər verir ki, ötən gecə Ukrayna Rusiyanın Samara vilayətindəki neft emalı zavoduna PUA hücumu həyata keçirib. Bu barədə sosial mediada məlumat və görüntülər yayımlanıb.

Vilayət qubernatoru Roman Busargin "mülki infrastruktura dəyən ziyanı" təsdiqləyib və bir nəfərin ölümü, bir nəfərinsə yaralanması barədə məlumat verib.

“ASTRA” kanalının məlumatına görə, PUA hücumundan sonra Voronej vilayətindəki Borisoqlebsk hərbi aerodromunda da yanğın baş verib.

Bununla yanaşı, Ukrayna tərəfindən Rusiyanın ən böyük neft-kimya zavodlarından biri olan Tatarıstandakı Nijnekamskneftexim zavoduna və neft emalı zavoduna da zərbə endirilib.