📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Taqanroq limanını alovlara qərq etdi

2026-05-30 10:15:55

Ukrayna Taqanroq limanını alovlara qərq etdi

Ukrayna ötən gecə Rusiyanın bir neçə bölgəsində, eyni zamanda Krımda yanacaq anbarı, neft emalı zavodlarına zərbələr endirib.

Hurriyyet.info Rostov vilayətinin qubernatoru Yuri Slyusarın açıqlamasına istinadən xəbər verir ki, Taqanroq limanında dron hücumu nəticəsində tanker, yanacaq çəni və inzibati bina yanıb: "Dron hücumu nəticəsində Taqanroq limanında tanker, yanacaq çəni və inzibati bina yanıb. İlkin məlumata görə, itki yoxdur".

Bundan əlavə, Krasnodar diyarındakı Armavir şəhərində Cənubi Neft Şirkətinin neft anbarına da zərbə endirilib.

Krımda da gecə ərzində güclü partlayışlar eşidilib. Hədəfin Feodosiyadakı neft anbarı olduğu bildirilir.