Ukraynada müdafiə naziri də dəyişir
2026-07-14 17:18:46
Ukraynada müdafiə naziri postuna daxili işlər naziri İqor Klimenkonun təyin olunacağı gözlənilir.
Hurriyyet.info xəbər verir ki, bunu Ali Radanın deputatı Olqa Vasilevskaya-Smaqlyuk deyib.
Onun sözlərinə görə, Klimenko hazırkı müdafiə naziri Mixail Fedorovu əvəz edəcək və bu vəzifəyə təyin olunmaq üçün kifayət qədər siyasi dəstəyə malikdir.
Bildirilib ki, Fedorov müdafiə sahəsində rəqəmsal texnologiyalar və PUA-ların inkişafını təşviq etsə də, vəd etdiyi səfərbərlik islahatını həyata keçirə bilməyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski hökumətdə genişmiqyaslı kadr dəyişiklikləri planlaşdırır. Nazirlər Kabinetinin istefası məsələsinə iyulun 14-də Ali Radada baxılacağı, yeni nazirlərin isə iyulun 16-da təyin ediləcəyi gözlənilir.