📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Umida Teşabayeva: Ortaq irsin öyrənilməsi üçün vahid platformanın yaradılması vacibdir

2026-07-03 11:23:22

Umida Teşabayeva: Ortaq irsin öyrənilməsi üçün vahid platformanın yaradılması vacibdir

Ortaq irsin öyrənilməsi üçün vahid platformanın yaradılması vacibdir.

Hurriyyet.info  xəbər verir ki, bunu Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Birinci Türkologiya Qurultayının 100 illiyinin məhz Bakıda qeyd olunması böyük iftixar mənbəyidir.

"Bu gün kitabxanalarımızın fondlarında çox zəngin elmi, tarixi, mədəni və ədəbi irs qorunur. Məhz bu irsin qarşılıqlı şəkildə öyrənilməsi, tanınması və onun əsasında elmi tədqiqatların aparılması üçün vahid platformanın yaradılması məsələsini bu gün burada müzakirə edəcəyik", - Umida Teşabayeva vurğulayıb.