"Uşağı götürüb çıxmaq istəyəndə bina uçub" - Azərbaycanlı ata qızından xəbərsizdir - VİDEO
2023-02-10 00:27:00
“Kürəkənimin qohumlarının heç birindən xəbər yoxdur”.
Bu sözləri qızı Türkiyədə dağıntılar altında qalan Şirvan rayon sakini Mahir Rüstəmov deyib.
O qeyd edib ki, qızı və kürəkəni zəlzələ zamanı uşağı götürərək evdən çıxmağa çalışarkən bina uçub və onlar altında qalıblar:
“Yeddi mərtəbəli binadır. Binanın fotosuna baxdım dəhşətdir, tamamən dağılıb. Həmin blokdan yaşlı qadını çıxardıblar. O da deyib ki, aşağıda səs var, hazırda orda işlər gedir”.
Daha ətraflı Baku TV-nin süjetdə: