“Uşaqpulu”nun verilməsinin tərəfdarıyam” - Deputat
2026-05-22 21:08:59
Mən də uşaqpulunun verilməsinin tərəfdarıyam. Dünyanın hansı yerində olur-olsun, uşaqpulu verilməlidir.
Hurriyyet.info Pravda.az-a istinadla xəbər verir ki, bunu deputat Aqil Abbas deyib.
O deyib ki, Azərbaycan hökuməti uşaqpulunu dayandırıb, əvəzində isə aztəminatlı ailələrə yardım verir:
“Belə sistem yaradıblar: kim çox maaş alırsa, ona yox, aztəminatlı ailələrə verilir. Sistemi yaradanlar bu fikrin üzərində dururlar.
Amma mən uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam”.