"Uzağı üç-dörd ilə..."-Laricanidən İrana sarsıdıcı müharibə çağırışı
Yaxın Şərqdə hərbi gərginlik son həddə çatarkən, Tehrandan bütün dünyanı ayağa qaldıracaq dəhşətli bəyanat gəlib.
Hurriyyet.info xəbər verir ki, İranın ali rəhbərinin keçmiş baş müşaviri Məhəmməd Cavad Laricani ölkəsini uzun illər davam edə biləcək böyük bir hərbi münaqişəyə hazır olmağa çağırıb. Sabiq dövlət rəsmisi regionda alovlanan gərginliyin yaxın vaxtlarda səngiməyəcəyini və hərbi toqquşmaların qaçılmaz olduğunu vurğulayıb.
Laricani verdiyi sensasiyalı bəyanatda qeyd edib ki, rəsmi Tehran uzağı üç-dörd il çəkə biləcək potensial və genişmiqyaslı müharibə ssenarilərinə qarşı tam hazır vəziyyətə gətirilməlidir.
Artan təhlükə fonunda o, ölkənin həm iqtisadi dayanıqlığını, həm də müdafiə qabiliyyətini təcili olaraq gücləndirməyin həyati əhəmiyyət daşıdığını bildirib.
Laricaninin bu xəbərdarlığı İranın daxili siyasi elitasında və cəmiyyətində böyük narahatlıq və təşviş dalğasına səbəb olub.