📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Uzak şehir"in aktyoru yeni serialda - Foto

2026-07-02 22:43:10

“Uzak Şehir” serialı ilə tamaşaçıların diqqətini çəkən türkiyəli aktyor Ferit Kaya yeni layihəsi ilə gündəmə gəlib.

Hurriyyet.info xəbər verir ki, aktyor yaxın günlərdə çəkilişlərinə başlanacaq "Aşk ve Taht" serialının heyətinə qoşulub. Ferit Kaya ekran işində “Melik Keyferidun” adlı obrazı canlandıracaq.

Tarixi-dram janrında təqdim olunacaq serialın baş rollarını isə məşhur aktyorlar Akın Akınözü və Simay Barlas
paylaşacaq.

Qeyd edək ki, Ferit Kaya son olaraq "Uzak Şehir" serialındakı performansı ilə böyük maraq doğurmuşdu. Aktyorun yeni layihədə hansı xarakter xəttinə sahib olacağı isə artıq sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.