📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Vallah, adamda üz olmalıdır”

2026-06-01 14:55:01

“Vallah, adamda üz olmalıdır”

“Deyəcək sözlərim, təşəkkür edəcəyim insanlar çoxdur, təəssüratlarım aşıb-daşır... Hamısını bir posta sığışdıra bilmərəm, ona görə yaxın günlərdə “Yadplanetli”ni lentinizdə bir az çox görəcəksiniz”.

Hurriyyet.info xəbər verir ki, bu sözləri aparıcı Hüsniyyə Məhərrəmova sosial şəbəkədə yazıb.

“Maska” şousunda “Yadplanetli” obrazını ifa edən aparıcı təəssüratlarını bölüşüb:

“Amma mənə hazırda bu qədər gözəl şərhlər, bu qədər mehriban, sevgi dolu sözlər yazan hər bir kəsə çox, kainat qədər böyük təşəkkürümü bildirirəm. Mənim üçün bu bir oyun idi, özüm çox əyləndim. Əgər sizə də şounu izləyərkən xoş emosiyalar bəxş edə bildimsə, çox xoşbəxtəm! Öz aramızdır, o qədər peşəkar ifaçıları geridə qoyub iki əjdaha ilə finala qalmaq... Nə bilim vallah, adamda üz olmalıdır”.

 

husnu.png (113 KB)