📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaqif Xaçatryan aiəsi ilə danışdı: qızına nə deyib?

2023-12-22 11:24:55

Vaqif Xaçatryan aiəsi ilə danışdı: qızına nə deyib?

Vaqif Xaçatryan ailəsi ilə danışıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə onun qızı Vera Xaçatryan erməni saytlarına danışıb. Bildirib ki, bir neçə gün əvvəl atası Vaqif Xaçatryanla danışıb və atası ona hər şeyin yaxşı olduğunu deyib:

“Bu yaxınlarda Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə danışdıq, Ata dedi ki, hər şey qaydasındadır, dərman qəbul edir. Başqa heç nə demədi. Bizə ayda bir dəfə zəng edir”.

Qeyd edək ki, qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın mühakimə olunmaq üçün Bakıya gətirilmişdi.

Xatırladaq ki, 2023-cü il noyabrın 7-də Birinci Qarabağ müharibəsində müharibə cinayətlərində ittiham olunan Vaqif Xaçaturyan 15 il müddətinə azadlıqdan məhrum edilib.

publika.az