📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vasif Talıbovun müavini villasının tikintisini yarımçıq saxladı

2023-02-06 20:48:00

Vasif Talıbovun müavini villasının tikintisini yarımçıq saxladı

Naxçıvan Muxtar Respublikasında (MR) aparılan yoxlamalardan sonra Ali Məclis sədri Vasif Talıbovun və mühüm post tutan məmurların görəvdən alınması digər vəzifəlilərin narahatlığına səbəb olub.

Vasif Talıbovun dövründə Muxtar Respublikada özünə dəbdəbəli həyat quran həmin məmurlar Vasif Talıbovun aqibətini yaşayacaqlarından narahatdır. Onlardan biri də hazırda Ali Məclisin sədr əvəzi Azər Zeynalovdur.

Azər Zeynalov Vasif Talıbova yaxın şəxslərdən hesab edilir. O, 2005-ci ildən Naxçıvan MR Ali Məclisinin deputatıdır. O, elə həmin ildən Vasif Talıbovun birinci müavini vəzifəsini tutub.

Əldə etdiyimiz məlumata görə, Azər Zeynalov Vasif Talıbov istefa verdikdən sonra Naxçıvandakı biznesini və obyektlərini gözdən yayındırmağa çalışır.

Həmçinin onun Naxçıvanda inşa etdiyi dəbdəbəli villasının tikintisi də yarımçıq qalıb. Naxçıvandakı mənbələr bildirir ki, tikilinin yarımçıq saxlanılması Naxçıvandakı proseslərlə əlaqəlidir. Həmin tikilinin fotosunu təqdim edirik. \\Qaynarinfo