📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaşinqton Kastronun ABŞ məhkəməsinə çıxarılması üçün hər şey edəcək - Baş prokuror

2026-05-29 11:16:31

Vaşinqton Kastronun ABŞ məhkəməsinə çıxarılması üçün hər şey edəcək - Baş prokuror

Vaşinqton Kuba liderlərindən biri olan ordu generalı Raul Kastronun ABŞ-da məhkəməyə verilməsi üçün mümkün olan hər şeyi etməyə hazırdır.

Hurriyyet.info  xəbər verir ki, bunu ABŞ Baş prokuroru səlahiyyətlərini icra edən Todd Blanş Fox News-a verdiyi müsahibədə deyib:

"Bizə burada Kastronun məhkəməyə verilməsi lazımdır. Onu bura gətirmək üçün əlimizdən gələni edəcəyik".

Blanş Venesuela prezidenti Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən ələ keçirilməsini xatırladaraq bunu "ifrat bir nümunə" adlandırıb: "Biz bunu adətən ekstradisiya və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq yolu ilə edirik".