📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vatsapda daha bir yenilik

2023-05-06 20:23:00

Vatsapda daha bir yenilik

Vatsapın məxfilik parametrlərinə yeni funksiya əlavə edilib.

Hurriyyet.Az xəbər verir ki, yeni əlavə istifadəçilərin məxfiliyi üçün naməlum nömrələrdən gələn zəngləri susdurmağa imkan verir.

Bu keçidin aktivləşdirilməsi kontaktlarınızda olmayan nömrələrdən gələn zəngləri susdursa da, onlar “zənglər tabı”nda görünməyə davam edəcək. Bu isə insanlara nömrəsi kontaktında olmayan amma tanıdıqları şəxsi seçməyə imkan verəcək.

Funksiya yaxın günlərdə geniş istifadəçilər üçün əlçatan olacaq.\\Qafqazinfo