📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vatsapdakı problemlə bağlı rəsmi açıqlama - Video

2023-08-18 16:17:00

Vatsapdakı problemlə bağlı rəsmi açıqlama - Video

Azərbaycanda bir neçə vatsap istifadəçisinin hesabı bağlanıb.

Hurriyyet.az xəbər verir ki, vətəndaşlara başqa cihazlarda hesaba daxil olmaq üçün bildirişlər gəlsə də, 6 rəqəmli təsdiqləmə kodu gəlmir.

Buna görə də bəzi hallarda vatsap hesabları bağlanır və ya bloka düşür.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, qeyd olunan məsələ ilə əlaqədar Xidmətdə araşdırmalar aparılır. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə məlumat təqdim ediləcək.
Həmçinin, vətəndaşlara vatsap mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmələri tövsiyə edilir.

Təlimatla aşağıdakı videodan tanış olmaq mümkündür: