📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Venesuelada zəlzələ zamanı ölənlərin sayı artıb

2026-07-15 10:31:12

Venesuelada zəlzələ zamanı ölənlərin sayı artıb

Venesuelada dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 4 734 nəfərə çatıb.

Hurriyyet.info xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes özünün "Telegram" kanalında məlumat yayıb.

Onun dərc etdiyi gündəlik hökumət məlumatına əsasən, 16 740 nəfər yaralanıb, 17 907 sakin evsiz qalıb. 190 bina tamamilə dağılıb, daha 856 bina ciddi ziyan görüb. Axtarış-xilasetmə əməliyyatı zamanı 6 462 nəfər xilas edilib. 33 652 zərərçəkənə tibbi yardım göstərilib, 128 324 ailəyə yardım edilib. Müvəqqəti düşərgələrdə 20 903 nəfər yerləşdirilib, zərərçəkənlərə 10 min tondan çox ərzaq çatdırılıb.

Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə intervalla 7,2 və 7,5 maqnitudalı iki zəlzələ baş verib. Əsas yeraltı təkanlardan sonra 1 275 afterşok qeydə alınıb.