📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətən Müharibəsi Qəhrəmanı generalın birinci müavini oldu

2026-07-08 17:11:37

Vətən Müharibəsi Qəhrəmanı generalın birinci müavini oldu

Əlahiddə Ümumqoşun Ordu komandanına birinci müavin təyin olunub.

Hurriyyet.info  “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Vətən Müharibəsi Qəhrəmanı polkovnik Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanı Kənan Seyidovun birinci müavini vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, T.Hüseynov bu təyinata qədər komandan müavini vəzifəsində çalışırdı. Əvvəlki birinci müavin general-mayor Etibar Məhərrəmov isə bu yaxınlarda Müdafiə Nazirliyinin baş idarələrindən birində müavin vəzifəsinə təyin olunub.