📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətən müharibəsi şəhidinin əkiz bacı-qardaşı dünyaya gəldi - Fotolar

2023-08-21 23:25:41

Vətən müharibəsi şəhidinin əkiz bacı-qardaşı dünyaya gəldi - Fotolar

Vətən müharibəsi şəhidi Musa Məhəmmədovun əkiz bacı-qardaşı dünyaya gəlib.

Hurriyyet.Az xəbər verir ki, Quba rayonunun Zərdabi qəsəbəsindən olan şəhidin valideynləri Bəhram və Rübabə Məhəmmədovların ailəsində Musa və Alisa adlı əkizlər doğulub.

Qeyd edək ki, Musa Məhəmmədov 2 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında, Göranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində, “Cəngavər” döyüş mövqeyində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.