Vətəndaşların nəzərinə: Yeni dövlət rüsumları QƏBUL EDİLDİ
Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına görə dövlət rüsumu tutulacaq.
Hurriyyet.info xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən çıxarışın verilməsinə görə 50, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən çıxarışın dublikatının verilməsinə görə 10, toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə (bir sənəd) görə isə 25 manat dövlət rüsumu tətbiq ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.