📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vətənə xəyanətdə təqsirləndirilən blogerin məhkəməsi BAŞLADI

2023-08-29 19:46:29

Vətənə xəyanətdə təqsirləndirilən blogerin məhkəməsi BAŞLADI

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Orxan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.  

İş üzrə məhkəmənin baxış iclası sentyabrın 6-na təyin olunub.

Qeyd edək ki, Orxan Abdullayev blogerlik fəaliyyəti ilə məşğul olarkən canlı yayınlarda dövlət əleyhinə çağırışlar edib. O, həmçinin iki nəfər xarici ölkə vətəndaşına qarşı oğurluq edib. Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 177 (oğurluq), 274 (dövlətə xəyanət), 283 (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri üzrə ittiham irəli sürülüb.\\News24.az