📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Vəziyyət gərgin idi" – Bələdiyyə sədri daşqından danışdı

2026-07-08 14:26:17

Balakəndə yağan intensiv yağışlar nəticəsində Balakənçay məcrasından çıxaraq ətraf ərazilərdə fəsadlar törədib.

Musavat.com-a açıqlama verən Balakən bələdiyyəsinin sədri Rövşən Əliyev bildirib ki, güclü yağıntılar nəticəsində rayonun bir sıra ərazilərində su basma halları qeydə alınıb.

"Çökəkliklərdə su yığılmışdı. Bundan başqa, həyətyanı sahələri, əkin sahələrini və parkın müəyyən hissəsini su basmışdı. Lakin sonradan bunun qarşısı alındı. Həyətlərdə yığılan suların nasoslar vasitəsilə çəkilməsi prosesi hazırda da rayonda davam edir. Vəziyyət çox gərgin idi. Hazırda isə vəziyyət nəzarət altındadır. Bənddə hər hansı uçqun baş verməyib. Lakin bəzi yollarda dağıntılar var və onların aradan qaldırılması istiqamətində işlər aparılır. Hazırda aidiyyəti qurumların komissiyaları əraziyə baxış keçirir, dəyən ziyan qiymətləndirilir, ərazilər foto və video çəkilişlərlə sənədləşdirilir. Balakənçayla yanaşı, suötürücü kanallarda və arxlarda da daşmalar qeydə alınıb", – deyə bələdiyyə sədri qeyd edib.