Vüqar Əhmədov bu şirkətə 226 min AZN ödəyəcək - Bandaj lenti və Birləşdirici sıxaclar üçün
2023-08-14 23:24:00
“Azərişıq” ASC-nin "0,4 kV kabel xətlərinin daşınması üçün zəruri olan dartıcı, birləşdirici və saxlayıcı aksesuarların satın alınması" elan etdiyi tender başa çatıb.
Hurriyyet.Az-ın məlumatına görə, tenderin qalibi "AMPER" MMC olub. Tərəflər arasında 225.734 AZN-lik müqavlə imzalanıb.
Müqaviləyə əsasən, "Azərişıq" ASC üçün Birləşdirici sıxaclar, Bandaj lenti, sancaq, Saxlayıcı sıxac alınmalıdır.
Bildirək ki, nizamanamə kapitalı 609 min 10 manat olan şirkətin qanuni təmsilçisi XƏYAL SÖHBƏTOV GÜLMƏMMƏD OĞLUdur.

Xatırladaq ki, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovdur.

Mənbə: 32gun.az