Vüqar Qurbanov bu xəstəxanaya direktor TƏYİN ETDİ - FOTO
2023-08-29 19:22:08
Qobustan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
Hurriyyet.Az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bu vəzifə İmran Qurbanova həvalə olunub.
Bu gün TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov onu kollektivə təqdim edib.
Qeyd edək ki, İ. Qurbanov 2021-ci ildən hazırkı təyinatınadək TƏBİB-in Koordinasiya şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

Sfera.Az