📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

VÜQAR TOFİQOĞLUNUN SƏHHƏTİNDƏ PROBLEM YARANIB – Vəkili aidiyyəti qurumlara müraciət etdi

2026-07-15 13:48:05

VÜQAR TOFİQOĞLUNUN SƏHHƏTİNDƏ PROBLEM YARANIB – Vəkili aidiyyəti qurumlara müraciət etdi

“Hürriyyət” qəzeti və “Hurriyyet TV”-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) səhhətində problem yaranıb.

Hurriyyet.info xəbər verir ki, bu barədə baş redaktorun qardaşı Cəsur Məmmədov açıqlama verib. Onun sözlərinə görə, əvvəllər də ürəyində problem olan V.Məmmədovun hazırda səhhəti daha da pisləşib.

O, hesab edir ki, baş redaktorun sağlıq durumunda yaranan problem təcridxana şəraitinin ağırlığı və havaların isti keçməsi ilə əlaqədar ola bilər. Cəsur Məmməd deyir ki, qardaşı həbsdən öncə anju (angioqrafiya) olunub və hazırda da ürəyində ciddi ağrılar baş qaldırıb. Bu baxımdan, Vüqar Məmmədovun tibb müsəssinə köçürülməsi üçün vəkili tərəfindən aidiyyəti qurumlara müraciət olunub.

Xatırladaq ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 29-da DTX-nin "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə Vüqar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

Baş redaktor hazırda Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır.

Jalə FAMİLQIZI

Hurriyyet.info