📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vüsal Qasımlı: "30-a yaxın dövlət proqramının qiymətləndirilməsi aparılır"

2026-07-15 10:04:33

Vüsal Qasımlı:

Hazırda Azərbaycanda 30-a yaxın dövlət proqramının monitorinqi və qiymətləndirilməsi aparılır.

Hurriyyet.info  xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumda keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada bildirib.

"Bugünkü rəqəmsal arxitekturanı proqram idarəetməsi və nəticəəsaslı yanaşma əsasında formalaşdırırıq. Ölkə Prezidenti Azərbaycanda strateji idarəetmənin əsas istiqamətlərindən biri kimi proqram idarəetməsini müəyyən edib. Bu da çox mühüm addımdır. Çünki dövlət proqramları artıq vahid standartlar əsasında hazırlanır. Hər bir proqramda onun icrası üçün tələb olunan resurslar, tədbirlər, ilkin, aralıq və yekun nəticələr aydın şəkildə müəyyən edilir. Eyni zamanda, proqram idarəetməsinin nəticəəsaslı büdcə və ortamüddətli xərclər çərçivəsi ilə uzlaşdırılması dövlət idarəetmə sisteminin səmərəliliyinin artırılmasına xidmət edir. Bu istiqamətdə son dövrlərdə Maliyyə Nazirliyinin xüsusilə dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirdiyi islahatlar xüsusi qeyd olunmalıdır. Həmin islahatlar proqram idarəetməsini tamamlayır, nəticədə dövlət idarəetməsində daha bütöv və səmərəli idarəetmə modeli formalaşır", - deyə o qeyd edib.