“Xalq Bank”ın İdarə Heyətinin üzvləri bankdan ayrılıb
2023-12-05 19:46:41
"Xalq Bank"ın İdarə Heyətinin iki üzvü vəzifəsindən kənarlaşıb.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Valyuta.az-a bank sektorundakı mənbədən bildirilib.
Qeyd edilib ki, Kərim Quliyev və Röyam Hüseynzadə İH-nin üzvlüyündən ayrılıb. Bununla da, "Xalq Bank"ın İdarə Heyətinin üzvlərinin sayı 4-dən 2-yə enib.
Bankın İdarə Heyəti hazırda 7 nəfərlə təmsil olunur.