📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xalq yazıçısından qadınlarla bağlı ŞOK SÖZLƏR

2026-05-21 13:03:15

Xalq yazıçısından qadınlarla bağlı ŞOK SÖZLƏR

"Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır".

Hurriyyet.info  xəbər verir ki, bu sözləri "Qafqazinfo"ya müsahibəsi zamanı Xalq yazıçısı, Bakı Slavyan Universitetinin sabiq, Azərbaycan Dillər Universitetinin isə hazırkı rektoru Kamal Abdulla deyib.

O, qadınların evdə oturmalı olduğu fikrini müdafiə edib:

"Aralarından xüsusi istedadı ilə özünü hansısa dairələrdə göstərə bilən qadınlar olarsa, o bir başqa məsələdir. Amma biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər".