Xameneinin şərəfinə 15 metrlik abidə ucaldılacaq
2026-05-20 16:39:41
İran dövlət televiziyasının “Sabahınız xeyir” proqramında Tehranın İnqilab meydanı üçün nəzərdə tutulan, İranın mərhum ali lideri Əli Xameneinin şərəfinə ucaldılacaq abidənin maketi təqdim olunub.
Hurriyyet.info xəbər verir ki, proqramın aparıcısı monumentin yaxın vaxtlarda ucaldılmasının planlaşdırıldığını bildirib.
KİV-in yaydığı məlumatlara görə, ucaldılacaq abidənin hündürlüyü 15 metr təşkil edəcək.
![]()