📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xameneyinin ilk xarici təması Putinlə olacaq? - Kreml aydınlıq gətirdi

2026-07-20 16:48:56

Xameneyinin ilk xarici təması Putinlə olacaq? - Kreml aydınlıq gətirdi

İranın yeni ali dini lideri Müctəba Xamaneyinin ilk beynəlxalq telefon danışığını Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi barədə yayılan iddialara Kremlin münasibət bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda belə bir telefon danışığı ilə bağlı xüsusi razılaşma yoxdur. 

O, bununla belə, Vladimir Putinin bu cür təmaslara açıq olduğunu vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya dövlət agentliyi TASS təhlükəsizlik səbəbindən ictimaiyyət qarşısına çıxmayan Müctəba Xamaneyinin ilk rəsmi beynəlxalq təmasını məhz Rusiya Prezidenti Vladimir Putinlə qurmasının gözlənildiyini yazmışdı. Agentliyin mənbəsinə istinadən verilən məlumata görə, Tehran Moskvanı ən yaxın tərəfdaşlarından biri hesab edir və Putin İslam Respublikasının yaxın dostu kimi qiymətləndirilir. Bu səbəbdən Hamaneyin ilk telefon danışığının və ilk üzbəüz görüşünün Rusiya lideri ilə keçiriləcəyi ehtimal olunur.