📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xankəndi, Ağdərə və Xocalıda 21 689 hektar ərazi minalardan təmizlənib

2026-05-19 11:11:27

Xankəndi, Ağdərə və Xocalıda 21 689 hektar ərazi minalardan təmizlənib

Xankəndi, Ağdərə və Xocalıda nə qədər ərazinin minalardan və partlamamış sursatlardan təmizləndiyi açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Xankəndidə 1456, Ağdərədə 10 359, Xocalıda isə 9874 hektar ərazi minalardan və partlamamış sursatlardan təmizlənib.