📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xankəndi və Xocaya dolu və güclü yağış yağıb- FOTO

2026-05-26 14:53:17

Xankəndi və Xocaya dolu və güclü yağış yağıb- FOTO

Mayın 26-sı günorta saatlarında Xankəndi şəhərinə və Xocalı rayonuna güclü yağış və dolu yağıb.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yağışlı hava şəraitinə baxmayaraq, ərazilərdə hər hansı kommunal problem qeydə alınmayıb, infrastrukturun fəaliyyəti fasiləsiz təmin edilib. Elektrik, su və rabitə xətlərində nasazlıq yaranmayıb, yolların hərəkətində də məhdudiyyət müşahidə olunmayıb.