📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xankəndidə biznes görüşü keçirilib

2026-07-18 15:53:00

Xankəndidə  biznes görüşü keçirilib

İyulun 18-də Xankəndi şəhərində “Qarabağ Təlim Mərkəzi”nin təşkilatçılığı ilə “VətəndəSƏN” layihəsi çərçivəsində sahibkarların biznes görüşü keçirilib.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirin məqsədi işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılması, yerli istehsalın dəstəklənməsi və sahibkarların Qarabağın bərpa və inkişaf prosesinə daha fəal cəlb edilməsidir.Görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında  Prezidentin Xüsusi Nümayəndəliyinin, Qarabağ Ərazi Vergilər Baş İdarəsinin, Dövlət Məşğulluq Agentliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və KOBİA-nın nümayəndələri iştirak ediblər.Tədbirdə sahibkarlara vergi və gömrük güzəştləri, dövlət dəstəyi mexanizmləri, investisiya imkanları və regionda həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. İştirakçıların sualları aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb.
Tədbir çərçivəsində yerli sahibkarların məhsullarından ibarət sərgi də təşkil olunub. Bildirilib ki, bu cür görüşlər Qarabağda yeni biznes əlaqələrinin qurulmasına,sahibkarlığn inkişafına və regionun iqtisadi potensialının daha da gücləndirilməsinə töhfə verir.