📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xankəndidə güclü yanğın

2026-07-16 22:02:17

Xankəndidə güclü yanğın

Xankəndi şəhərində güclü yanğın baş verib.

Hurriyyet.info Trend-ə istinadən məlumat verir ki, yanğın şəhər ərazisində yerləşən və vaxtilə taxta emalı müəssisəsi kimi istifadə olunan binada qeydə alınıb.

İlkin məlumatlara əsasən, alov qısa müddətdə geniş sahəni əhatə edərək yaxınlıqdakı tikiliyə də keçib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda alovun tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.