Xankəndidən gedən erməni: “Bir daha geri qayıtmayacağam“
2023-09-16 13:33:10
"İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Xankəndidən İrəvana gedirəm və bir daha geri qayıtmaq fikrim yoxdur".
Hurriyyet.az xəbər verir ki, bunu Laçın sərhəd-keçid məntəqəsində Seyran Aqambekyan deyib.
O, İkinci Qarabağ müharibəsində qardaşını itirdiyini bildirib: "3 il bundan əvvəl Qarabağda hərbi xidmətdə olmuşam. Daha doğrusu, Martunidə (Xocavənd - red.). İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Döyüşlərdə yaralanmamışam. Lakin ailə üzvlərimdən qardaşım döyüşlərdə həlak olub. Valideynlərim hələ ki Xankəndidədir. Lakin özüm İrəvana gedirəm. Çox güman, bir daha geri qayıtmayacağam".
Report.az