📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xarıbülbülü düyü dənəsinin üzərinə çəkdi – Foto

2026-07-16 19:17:01

Xarıbülbülü düyü dənəsinin üzərinə çəkdi – Foto

Türkiyəli miniatür rəssamı Murat Çeçen Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumuna diqqət çəkmək məqsədilə qeyri-adi sənət əsəri hazırlayıb.
Hurriyyet.info xəbər verir ki, böyüdücü şüşə olmadan demək olar ki, görünməyən düyü dənəsinin üzərinə Şuşanın rəmzi sayılan Xarıbülbül gülü həkk olunub.
Rəssam bildirib ki, bu əsəri sülh və dialoq mesajı vermək üçün hazırlayıb. Onun sözlərinə görə, məqsədi Şuşada keçirilən beynəlxalq media forumuna öz sənəti ilə dəstək vermək olub.
"Sülhə və dialoqa mənim də bir düyü dənəsi qədər töhfəm olsun", – deyə Murat Çeçen qeyd edib.
Qeyd edək ki, Şuşada keçirilən IV Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrindən jurnalistləri, media rəhbərlərini və ekspertləri bir araya gətirərək qlobal informasiya mühitində aktual məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Forum bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunub.

Rəssamın hazırladığı miniatür əsər isə forumun rəmzi mənasını sənətin dili ilə ifadə edən maraqlı təşəbbüslərdən biridir.