📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti Azarbaycana gətirilir

2026-07-03 12:23:12

Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti Azarbaycana gətirilir

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə zərbələri nəticəsində ölən Azərbaycan vətəndaşının meyiti bugün Azarbaycana gətiriləcək.

Hurriyyet.info APA-nın yerli bürosunun istinadən xəbər verir, əslən Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini olan, 2003- ci il təvəllüdlü Fatimə Hüseynova Bakı şəhərində doğulub və orada yaşayıb.

O, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində Xarkov şəhərində həyatını itirib.

Məlumata görə, Fatimə Hüseynova Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi olub və diplom almaq məqsədilə Azərbaycandan Xarkova gedib.

Mərhumun səhər doğulduğu kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir.