📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xərçəng üzərində qələbə - Yeni peyvəndin təsiri hamını ŞOKA saldı

2023-11-30 21:47:29

Xərçəng üzərində qələbə - Yeni peyvəndin təsiri hamını ŞOKA saldı

Türkiyənin BioNTech şirkətinin alimləri xərçəng peyvəndi sınaqlarının uğurla nəticələndiyini bildiriblər.

Hurriyyet.az-ın xəbərinə görə, yeni preparatın bir neçə nümunəsi  tezliklə bu xəstəliyin müalicəsində böyük sensasiya yaradacaq gücə malikdir.

Mütəxəssislər bir neçə nümunədən istifadə etsələr də, onlardan biri daha uğurlu nəticə göstərib.BioNTech şirkətinin rəhbəri Uğur Şahin bildirib ki, şirkət 2025-2029-cu illərdə daha böyük nəticələr nümayiş etdirməyi planlaşdırır.

“Biz pasientdə yaranmış şişdən və qandan nümunə götürürük. 4 həftə sonra fərdi peyvənd hazırlayıb tətbiq edirik. Biz bu vaksini  il ərzində 100 yox, on minlərlə insan üzərində tətbiq edəcəyik. Belə yanaşma zamanı immun sistemi məqsədyönlü şəkildə orqanizmdəki bədxassəli şişləri tapıb məhv edəcək”,- o qeyd edib. \\Lent.az