📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xərçənglə mübarizədə ciddi uğur – yeni dərman şişləri yox etdi

2026-06-01 20:56:31

Xərçənglə mübarizədə ciddi uğur – yeni dərman şişləri yox etdi

Xərçəngin ağır formalarının müalicəsi ilə bağlı aparılan yeni tədqiqat ümidverici nəticələr ortaya qoyub.

Musavat.com xəbər verir ki, The Guardian nəşrinin məlumatına görə, “Amivantamab” preparatının sınaqlarında baş, boyun və ağciyər xərçənginin ağır formalarından əziyyət çəkən, standart müalicənin artıq təsir göstərmədiyi 102 xəstə iştirak edib.

Məlumata görə, 43 xəstədə şişlər bir neçə həftə ərzində nəzərəçarpacaq dərəcədə kiçilib və ya tamamilə yox olub.

Həkimlər bildirirlər ki, belə hallarda müalicə variantlarının çox məhdud olduğu nəzərə alınarsa, bu nəticələr nadir hallarda müşahidə olunan güclü effekt hesab edilir.

Preparat artıq ABŞ və Avropa İttifaqında istifadəyə icazə alıb. Alimlər onun potensialını öyrənmək üçün tədqiqatları davam etdirirlər.