Xəstəxanaya yerləşdirilən Dilan Polatın son görüntüsü yayıldı
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən sosial media fenomeni Dilan Polatın son görüntüsü paylaşılıb.
Dilan Polatın xəstəxanaya düşməsinə səbəb ailəsinin mühafizəçisi olan əmisi oğlu Can Polat iyunun 3-də silahlı hücuma məruz qalaraq həyatını itirməsidir.
Bu hadisədən sonra ağır psixoloji sarsıntı keçirən Dilan Polatın sosial media hesabları bağlanıb, daha sonra isə səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Onun səhhəti ilə bağlı açıqlama verən bacısı Sıla Doğu bildirib ki, bu müddətdə çox paylaşım etmək istəməyiblər:
“Dualarınız və xoş arzularınız bizim üçün həqiqətən çox dəyərlidir”.
Xəstəxanada müalicəsi davam edən Dilan Polatın son vəziyyəti ictimaiyyət tərəfindən maraqla izlənilir.
Nəhayət, həyat yoldaşı Engin Polat onun xəstəxanada çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb. O, paylaşımına “Həyat səni nə qədər sınağa çəksə də, ümid həmişə sənə yol göstərməyə davam edəcək”, - sözlərini əlavə edib./Sfera.az