📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xəzər dənizi üzərində PUA HƏYƏCANI: Neft zavodu VURULDU - Ölənlər var

2026-05-21 10:55:58

Xəzər dənizi üzərində PUA HƏYƏCANI: Neft zavodu VURULDU - Ölənlər var

Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Samara vilayətinin Sızran şəhərinə hücum təşkil edib.

Hurriyyet.info  xəbər verir ki, vilayət qubernatoru hücum nəticəsində iki nəfərin həlak olduğunu bəyan edib.

Ukraynanın "Telegram" kanalları isə yerli neft emalı zavodunun (NEZ) hədəf alındığını bildirərək hadisə yerindən güclü yanğın görüntülərini paylaşıblar.

Rusiya Müdafiə Nazirliyindən verilən rəsmi məlumata görə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Rusiyanın müxtəlif regionları və Xəzər dənizi üzərində Ukraynaya məxsus 121 dronu vuraraq zərərsizləşdirib.