XİN: Həlak olan gəmi kapitanının nəşi Azərbaycana gətiriləcək
2026-07-16 20:45:58
Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş Atlas Bey mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq, Odessaya gətirilib.
Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Müvafiq zəruri tədbirlər yekunlaşan kimi cənazə ölkəmizə yola salınacaq. Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, deyə məlumatda bildirilir.