Xırdalanda evin pəncərəsindən yıxılan 3 yaşlı uşaq sağ qaldı
2026-07-10 21:24:44
Abşeron rayonunda 3 yaşlı oğlan hündürlükdən yıxılıb.
Hurriyyet.info- nun məlumatına görə, hadisə iyulun 8-i saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.
2023-cü il təvəllüdlü R.F. şəhər ərazisində yaşadığı mənzilin pəncərəsindən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş R.F.-nin vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırmalar aparılır.