📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xırdalandan Bakıya avtobus zolağı çəkiləcək? - AÇIQLAMA

2023-04-28 21:48:00

Xırdalandan Bakıya avtobus zolağı çəkiləcək? - AÇIQLAMA

Xırdalandan Bakı şəhəri istiqamətində xüsusi avtobus zolağının çəkilməsi ilə bağlı ötən il Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında bildirmişdi.

Bəs hazırda həmin işlər nə yerdədir və zolaqların çəkilməsiylə bağlı proses gedirmi?

Hurriyyet.Az bildirir ki, bu barədə Referans.az-a danışan Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, həmin yolda avtobus zolağının çəkilməsi barədə təklif verilib, lakin qanunsuz parklanmalar bu prosesə mane olur:

“Bu barədə biz təklif etmişik, hazırda məsələ barəsində aidiyyati qurumlarda işlər gedir. Ümumiyyətlə belə götürdükdə, beynəlxalq avtovağzal istiqamətində avtobus zolağı var, hansı ki, xırdalandan gələn avtobuslar oradan keçir. Sadəcə sürücülər tərəfindən həmin zolaqlarda parklanma olunur və bu da həm avtobusların gecikməsinə, həm də yollarda sıxlığın yarnamasına səbəb olur. Bu gün avtobusların intervalının gecikməsinin əsəs səbəbi qanunsuz parklanma hallarının geniş yayılmasıdır. Avtobusların hərəkət zolaqlarının tələbi pozulduğu üçün avtobuslar rahat hərəkət edə bilmir. Bu da müntəzəm marşrut xətləri üzrə avtobusların gecikməsinə, avtobusların da gecikməsi, sərnişinlərin narazıçılığına səbəb olur. Sözün açığı Xirdalan-Bakı yolu üzrə əksər yerlərdə avtobus zolağı var, lakin həmin zolaqların tələbinə riayət olunmur. Ümumiyyətlə bundan əlavə Bakının 49 yolunda avtobus zolağını çəkilməsi barədə danışıqlar gedir”.

Aqil Taleh