📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xocavənddə minalanmış ərazidə YANĞIN BAŞLADI

2026-07-19 12:15:11

Xocavənddə minalanmış ərazidə YANĞIN BAŞLADI

Xocavənd rayonunda açıq ərazidə yanğın baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunublar.

Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini çətinləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir./AZƏRTAC