📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yaşar Gülər: NATO-nun müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə çatdırmaq öhdəliyi böyük əhəmiyyət daşıyır

2026-07-07 14:26:48

Yaşar Gülər: NATO-nun müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə çatdırmaq öhdəliyi böyük əhəmiyyət daşıyır

“Alyansımızın təhlükəsizliyini sözlərlə deyil, konkret imkanlarla gücləndirməliyik”.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər NATO Sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda çıxışında deyib.

Alyansın müdafiə sahəsində yeni hədəflərinin əhəmiyyətini vurğulayan nazir bildirib ki, NATO-nun müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə çatdırmaq öhdəliyi böyük əhəmiyyət daşıyır.

"Baş verən müharibələr və münaqişələr göstərdi ki, döyüş meydanında uğur təkcə mövcud silah və sursat ehtiyatlarından deyil, eyni zamanda sürətli istehsal və dəyişən şəraitə operativ uyğunlaşma qabiliyyətindən də asılıdır. Bu öhdəlik Alyansın çəkindiricilik qabiliyyətini gücləndirmək və müdafiə sənayesi istehsalını genişləndirmək iradəsinin konkret göstəricisidir”, - deyə Yaşar Gülər qeyd edib.