📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni iPhone 18 Pro-nun görüntüləri yayıldı – ən çox diqqət çəkən rəng məlum oldu

2026-05-30 17:01:52

Yeni iPhone 18 Pro-nun görüntüləri yayıldı – ən çox diqqət çəkən rəng məlum oldu

Yeni nəsil iPhone 18 Pro modeli ilə bağlı görüntülər internetə sızdırılıb.

Hurriyyet.info xəbər verir ki, tanınmış insayder Sonny Dickson gələcək flaqman modelin maket fotolarını paylaşıb.

Bundan əvvəl cihazın ehtimal olunan rənglərini əks etdirən renderlər də yayılsa da, yeni fotolar həmin məlumatları böyük ölçüdə təsdiqləyir.

Sızan məlumatlara görə, iPhone 18 Pro qara, gümüşü, açıq mavi və yeni albalı rəngində təqdim oluna bilər.

İstifadəçilərin sosial şəbəkələrdəki reaksiyalarına əsasən, ən böyük maraq məhz yeni albalı rəngli versiyaya yönəlib.