📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Yenidən gəlinlik geyinmək istəyirəm"

2026-06-04 15:47:18

Müğənni İradə İbrahimova bacısı Nigar İbrahimova ilə birlikdə maraqlı video paylaşıb.

Sənətçi videoda həyat yoldaşına səslənərək yenidən gəlinlik geyinmək istədiyini deyib.

"Nigar da, mən də həyat yoldaşlarımıza səslənirik: biz yenidən gəlinlik geyinmək istəyirik. Bloger Şəfəqi hamı sevir. Onun toyundan gəldik və çox duyğulandıq. Sanki 17 il əvvəlki toy həyəcanımı yenidən yaşadım. Öz-özümə dedim ki, Ceyhuna deyəcəyəm, bir də gəlinlik geyinim".

Qeyd edək ki, Ceyhun adlı Türkiyə vətəndaşı ilə ailəli olan İradənin 2 övladı var. \axsam.az