📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeniyetmə iş başında ağır yaralandı: Baş sümüyü parçalanıb, vəziyyəti ağırdır

2026-07-16 23:06:23

Yeniyetmə iş başında ağır yaralandı: Baş sümüyü parçalanıb, vəziyyəti ağırdır

Sankt-Peterburqda yay tətili zamanı işə düzələn 17 yaşlı yeniyetmə pontonların daşınması zamanı baş verən bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. "Miednı Vsadnik" körpüsündə işləyən Viktor (ad şərtidir) iyulun 7-də Neva çayının akvatoriyasında üç metal pontonun yedəyə alınması prosesində iştirak edərkən faciəvi hadisə ilə üzləşib.

Musavat.com xəbər verir ki, saat 22:00 radələrində "MIRA" katerinə trosla bağlı olan pontonlardan birində hərəkət edən yeniyetmənin başına qəfil qırılan trosla birlikdə metal şvartov skobası (trosu bərkitmək üçün istifadə olunan hissə) çırpılıb. Kaskasız olan yeniyetmənin kəllə sümüyü parçalanıb və göz nahiyəsində ağır zədə yaranıb.

Altı saat davam edən ağır əməliyyatdan sonra beyninin bir hissəsi kənarlaşdırılan yeniyetmə hazırda komadadır və süni tənəffüs aparatına (İVL) qoşulub. Həkimlər onun həyatı uğrunda mübarizəni davam etdirirlər. Hadisə ilə bağlı "Su nəqliyyatının istismarı təhlükəsizliyi qaydalarının pozulması" maddəsi ilə cinayət işi açılıb. Zərərçəkmişin valideynləri hadisənin şahidlərini və digər gəmilərdən çəkilmiş video-qeydləri axtarırlar.