📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yoko Şiraişi: “Bakıdakı binaların hamısını birdən sökmək mümkün deyil” - VİDEO

2023-10-05 23:22:40

Yoko Şiraişi: “Bakıdakı binaların hamısını birdən sökmək mümkün deyil” - VİDEO

Azərbaycan Yaponiyanın zəlzələyə davamlı binaların inşasında qazandığı təcrübəsini öyrənir.

Bu məqsədlə həmin ölkənin mütəxəssisləri Bakıya dəvət olunublar.

Yaponiyalı mütəxəssislərin fikrincə, Azərbaycanda binaların zəlzələyə davamlı olub-olmadığını öyrənmək üçün araşdırma aparılmalıdır.

Yaponiyalı mütəxəssis Yoko Şiraişi bildirib ki, əsas məsələlərdən biri binaların tikilmə sıxlığıdır:
“Azərbaycan seysmik əraziyə yaxın bölgə olduğu üçün tikinti başlamazdan əvvəl tam araşdırma aparılmalıdır. Tikintinin aparılacağı yer tədqiq edilməlidir. Bakıda olan binaların hamısını birdən sökmək mümkün deyil. Sökülməsi vacib olmayan binaları isə xaricdən və zirzəmidən yenidən davamlılığını artırmaq mümkündür”.

Ətraflı Baku TV-nin süjetində: